Güləşçimiz erməni rəqibinə qalib gəldi

 17:15 20.03.2021     96

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycan güləşçisi İslambəy Dadov erməni güləşçini məğlub edib.

Redaktor.az xəbər verir ki, yunan-Roma güləşçisi Dadov təsnifat mərhələsində rumıniyalı Mihay Radu Mihutu 9:0 məğlub edib.

O, 1/8 finalda Polşanı təmsil edən Qevorq Sahakyandan da üstün olub – 4:1.

İslambəy Dadov bununla da Qevorq Sahakyanı Olimpiadaya vəsiqədən məhrum edib. //Oxu.az