Dünya çempionu reanimasiyaya yerləşdirilib

 14:26 21.03.2021     103

Braziliyalı sabiq futbolçu, dünya çempionu Brankonun səhhəti pisləşib.

Redaktor.az xəbər verir ki, 57 yaşlı keçmiş müdafiəçi koronavirus xəstəsidir. Onun vəziyyəti pisləşdiyi üçün artıq reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, Branko 1994-cü ildə Braziliya millisi ilə dünya çempionu olub. O, yığmada 78 matça çıxıb və 10 qol vurub. //Qol.az