"Vest Hem" "Arsenal" ilə derbidə heç-heçə edib

 22:01 21.03.2021     80

İngiltərə Premyer Liqasının 29-cu turunda "Vest Hem" futbol klubu doğma meydanında "Arsenal"la heç-heçə edib.

Redaktor.az-ın məlumatına görə, görüş 3:3 hesabı ilə başa çatıb.

Üç top üstünlüyü ilə öndə olan meydan sahiblərinin heyətində qolları Cessi Linqard, Cared Bouen və Tomas Souçek vurublar.

Bundan əlavə, "Vest Hem" iki dəfə topu öz qapısına vurub. T.Soçek və Creyq Douson avtoqol vurub. "Arsenal"ın aktivinə daha bir qolu Aleksand Lyakazet əlavə edib. //Trend.az