“Yuventus” autsayderə məğlub olub - VİDEO

 22:53 21.03.2021     76

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunun növbəti oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, son çempion “Yuventus” öz meydanında autsayder “Benevento” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qaiçi olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb. //Oxu.az