Xabi Alonso baş məşqçilik edəcək

 15:26 22.03.2021     236

Cari mövsümün sonunda baş məşqçisi Marko Roze ilə vidalaşacağı dəqiqləşən Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına kimin başçılıq edəcəyi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Bundesliqa təmsilçisinin sükanı arxasına İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso keçəcək.

Artıq tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, futbolçu kimi "kral klubu"ndan başqa, İngiltərə "Liverpul"u və Almaniya "Bavariya"sında da çıxış etmiş 40 yaşlı veteran yarımmüdafiəçi məşqçilik karyerasına Madrid təmsilçisinin U-14 komandasında başlayıb. İspaniyalı mütəxəssisin son klubu "Real Sosyedad"ın əvəzedici kolektivi olub. //Report