Fernandu Santuş: Azərbaycanla oyuna son dərəcə ciddi yanaşmalıyıq

"Düçərgədə əhval-ruhiyyə həmişəki kimidir. Bütün diqqətimiz sabahkı oyundadır".
Redaktor.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis matçın çətin keçəcəyini bildirib: "Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq". //Report.az