Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.
Redaktor.az bildirir ki, bu barədə AFFA məlumat verib.
Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.