De Byazi: Oyunçularıma Ronaldudan qorxmamağı tapşırmışam

 15:00 24.03.2021     96

“Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq”. 

Redaktor.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin “Repubblica” nəşrinə bildirib.

Nəşrin Azərbaycan futbolçularının Kriştianu Ronalduya qarşı oynamağın çətin olacağı barədə sualına De Byazi belə cavab verib:  

“Tək Kriştianu deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq”. //Oxu.az