Əliyar Ağayev Danimarkanın matçına təyinat aldı - DÇ-2022

 09:31 25.03.2021     523

FİFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə oyununa təyinat alıb.

Redaktor.az-n məlumatına görə, o, F qrupundakı Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən