“Fənərbaxça” Yoahim Lövü baş məşqçi gətirmək istəyir

 13:11 25.03.2021     77

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv bir sıra klubların maraq dairəsinə düşüb.

Redaktor.az-ın məlumatına görə, yayda yığmadan ayrılacaq alman mütəxəssis karyerasını Türkiyədə davam etdirə bilər.

Onun xidmətində “Fənərbaxça” maraqlıdır. İstanbul təmsilçisi 1998-99-cu illərdəki çalışdırıcısını qaytarmaq fikrinə düşüb.

Qeyd edək ki, 2006-cı ildən Almaniya millisini çalışdıran Lövün müqaviləsi 2022-ci ilədək nəzərdə tutulsa da, tərəflər anlaşmaya bir il əvvəl xitam vermək barədə razılaşıb. Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub. //APA