“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırıb

 19:48 25.03.2021     312

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 

Bildirilib ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. 

“Fənərbaxça” yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı mövsümün sonunadək Əmrə Bələzoğlu çalışdıracaq. 

Qeyd edək ki, “Fənərbaxça” 30 oyundan 59 xal toplayıb və Super Liqada 3-cü pillədədir. //APA