Sambo üzrə dünya çempionatının keçirilmə yeri dəyişdirildi

 21:30 25.03.2021     84

Sambo üzrə dünya çempionatı 2021-ci ilin payızında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyi (WADA) məlumat yayıb.

Qeyd olunub ki, çempionatın öncə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin Ümumrusiya Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyasına (FIAS) və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət edib.

“WADA, Beynəlxalq Sambo Federasiyasının 2021-ci ildə Moskvada keçiriləcək Sambo üzrə dünya çempionatının təxirə salınması barədə qərarını təsdiqləyib”-deyə, məlumatda qeyd olunub.

Daşkənddə keçiriləcək dünya çempionatı 11-15 noyabr tarixlərində keçiriləcək. //Report