Fatih Terim və köməkçisi cəzalandırılıb

 00:15 26.03.2021     75

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13,000 türk lirəsi (2775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada XXXI turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək. //Report