Zlatan İbrahimoviç özünü ölkəsinin kralı adlandırıb

Əfsanəvi isveçli futbolçu Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsində Gürcüstanla oyunda millidə dönüşünü qeyd edib.
Redaktor.az-ın məlumatına görə, start heyətində meydana daxil olan 40 yaşlı forvard matçdakı yeganə qolun məhsuldar ötürməsini verib (1:0).
Qarşılaşmadan sonra veteran oyunçu instaqram səhifəsi vasitəsilə buna şərh gətirib. O, özünü İsveçin yeni kralı adlandırıb: “Karl XVII Qustav”.
Qeyd edək ki, İsveçin hazırkı kralı XVI Karl Qustavdır. //APA