"Mançester Siti" və "Barselona" "Yuventus"un futbolçusunu istəyir

 17:31 26.03.2021     304

İtaliya "Yuventus"unun futbolçusu Adrian Rabyo ilə Avropanın digər nəhəng klubları maraqlanır.

Redaktor.az xəbər verir ki, İspaniya "Barselona"sı və İngiltərənin "Mançester Siti" klubu 26 yaşlı fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İtaliya çempionu Rabyonu satmaq istəsə, klublar onun transferini nəzərdən keçirəcək.

Qeyd edək ki, Adrian Rabyo 2019-cu ilin iyulunda Fransa PSJ-sindən "Yuventus"a keçib. Onun Turin təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən