"Latsio"nun prezidenti və həkimləri sərt cəzalandı

 22:38 26.03.2021     81

İtaliyanın "Latsio" klubunun prezidenti Klaudio Lotito 7 ay müddətinə cəzalandırılıb.

Redaktor.az-ın məlumatına görə, buna koronavirus protokolunun pozulması səbəb olub.

Eyni zamanda, komandanın həkimləri Fabio Rodia və İvo Pulçini işlərindən 1 ilədək uzaqlaşdırılıb. Klub isə 150,000 avro cərimələnib. Bununla belə, xalların silinməsi baş verməyib.

Araşdırmalar zamanı Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.

"Latsio" qərardan şikayət edəcəyini açıqlayıb. //Report