"Beşiktaş" Abubakarla müqaviləni yeniləyir

 15:26 27.03.2021     351

"Beşiktaş" futbolçusu Vinsent Abubakara yeni müqavilə təklif etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, klub 28 yaşlı hücumçunun çıxışından razıdır və onu buraxmaq istəmir. İstanbul təmsilçisi daha 2 matçda iştirak edəcəyi təqdirdə sözləşməsi avtomatik uzanacaq oyunçu ilə əlavə 3 illik də müqavilə imzalamağı planlaşdırır.

Kamerunlu futbolçunu "Vest hem" də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Abubakar bu mövsüm Superliqada 25 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib. //Qol.az