Polşa yığmasının qapıçısı koronavirusa yoluxub

 17:06 27.03.2021     351

Futbol üzrə Polşa milli komandasının qapıçısı Lukaş Skorupski koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, İtaliya "Bolonya"sından dəvət almış 30 yaşlı oyunçu özünü martın 25-də narahat hiss edib. O, test nəticələri çıxanadək komandadan təcrid olunub. Testin cavabı isə müsbət olub.

Daha əvvəl İngiltərə "Lids"indən çağırılmış yarımmüdafiəçi Mateuş Klixin də eyni səbəbdən komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Polşa yığması martın 28-də Varşavada Andora ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.