Ferstappen növbəti dəfə lider olub - "FORMULA 1"

 18:59 27.03.2021     310

"Formula 1" üzrə Bəhreyn Qran-prisində üçüncü sınaq yürüşü başa çatıb.

Redaktor.az-ın məlumatına görə, bu dəfə də "Red Bull"un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

"Mercedes"dən Lüis Hemilton ikinci olub. "Alpha Tauri"nin sürücüsü Pyer Qasli üçüncü yeri tutub.

Ferstappen dünən keçirilən iki test yürüşünün də qalibi olub.

Qeyd edək ki, Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. //Report