Ronaldo kapitan sarğısını yerə çırpdı - VİDEO

 13:10 28.03.2021     111

DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçın (2:2) əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Kriştiano Ronaldo qol vursa da, hakim bunu qeydə almayıb.

Redaktor.az xəbər verir ki, onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb.

Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib. Bu qərardan qəzəblənən Ronaldo yan xətt hakiminə sərt şəkildə etiraz edib və sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb və final fitindən əvvəl meydanı tərk edib.

Həmin görüntüləri təqdim edirik: //Offsideplus.az