Serbiya millisi Bakıya itkilərlə gəlir

 04:19 29.03.2021     81

Serbiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə dünya çempionatının seçmə oyunu üçün Bakıya yola düşüb.

Redaktor.az-ın məlumatına görə, qonaq komanda paytaxt Belqradı itkilərlə tərk edib.

Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmanı tərk edib. İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə ötən gün Portuqaliya ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə qırmızı vərəqə alıb.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlanacaq. //Report.az