Fransa Qazaxıstana qalib gəldi - VİDEO

 20:42 28.03.2021     80

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində II turunda Qazaxıstan yığması Fransanı qəbul edib.

Redaktor.az bildirir ki, görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub.

Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.

Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur. //Oxu.az