"Formula 1": Hemilton yeni mövsümə qələbə ilə başladı

 21:13 28.03.2021     80

"Mercedes" pilotu Lüis Hemilton "Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi olub.

Redaktor.az xəbər verir ki, almaniyalı sürücü karyerasında 96-cı qələbəsinə imza atıb.

2021 mövsümünün ilk Qran-prisi 56 dövrədən ibarət olub. 7 qat dünya çempionu finişə birinci çataraq, 25 xal toplayıb. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci yerin sahibi kimi 18 xala yiyələnib. Üçüncü yeri tutan "Mercedes"in digər sürücüsü Valtteri Bottas isə 16 xal qazanıb.

Ümumilikdə finişə 20 pilotdan 16-sı çatmağı bacarıb. Nikita Mazepin ("Haas") 1-ci, Fernando Alonso ("Alpine") 35-ci, Nikolas Latifi ("Uilyams") və Pyer Qasli ("Alfa Tauri") 55-ci dövrədə mübarizəni dayandırıb. //Report.az