Levandovski İngiltərə millisinə qarşı oynamayacaq

 14:53 29.03.2021     70

Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski zədələnib.

Redaktor.az xəbər verir ki, Andorra yığmasına 3:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyununda sağ diz bağlarından xəsarət alan 33 yaşlı hücumçunun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Təcrübəli forvard kapitanı olduğu yığmanın İngiltərə seçməsi ilə matçını buraxacaq.

Qeyd edək ki, martın 31-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Polşa görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. //Report.az