Emin Mahmudov: Qələbə üçün əlimizdən gələni edəcəyik

"Serbiya çox güclü komandadır. Bizi sabah ağır oyun gözləyir".
Redaktor.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunu öncəsi mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, meydana xal qazanmaq üçün çıxacaqlar:
"Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək. //Report