Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi

 19:37 31.03.2021     84

Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Redaktor.az xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov - Nikolae Foça (Moldova)

1/16 final. Davud Məmmədsoy - Emirhan Karahan (Türkiyə)

66 kq

1/8 final. Nicat Şıxəlizadə - Natan Berns (İrlandiya) / Çingizxan Saqinaliyev (Qırğızıstan) cütünün qalibi

1/8 final: Orxan Səfərov - Kennet Van Hansbeke / Jeremi Sayvel (Malta) cütünün qalibi

81 kq

1/8 final. Murad Fətiyev - Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi

1/16 final. Zelim Tskayev - Fetra Ratsimiziva (Madaqaskar)

100 kq

1/8 final. Zelim Kotsoyev - Sirill Mare (Fransa)

1/8 final. Elmar Qasımov - İsaak Bezzina (Malta)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Livan) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final. Leyla Əliyeva - Katarina Tanzer (Avstriya)

1/8 final. Aişə Qurbanlı - Hənifə Özcan (Türkiyə) / Anastasiya Pavlyenko (Rusiya) cütünün qalibi

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Ksehin Janq (Çin)

70 kq

1/16 final. Günel Həsənli - Mariya Bernabeu (İspaniya)

Qeyd edək ki, aprelin 1-də start götürəcək yarış üç gün davam edəcək. //Report