“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

 22:37 31.03.2021     256

Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə oyunçuların birindən milli komandanın düşərgəsində götürülmüş COVID-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Yığmanın oyunları ilə əlaqədar fasilədən sonra klub üzvləri yenidən testdən keçib. Bu zaman komandanın daha bir futbolçusunda infeksiya aşkarlanıb.

Adları açıqlanmayan futbolçuların karantinə alındıqları bildirilib. //Qafqazinfo