AFFA FİFA-ya müraciət ünvanlayacaq - FOTO

Azərbaycan Futbol Federasiya Assosasiyası tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Redaktor.az xəbər verir ki, buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.
Belə ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağı asılıb.