DÇ-2022: 9 komanda xal qazana bilməyib

 10:04 01.04.2021     76

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk bölümündən sonra 9 komanda xal qazana bilməyib.

Redaktor.az-ın məlumatına görə, A qrupunda Azərbaycan və İrlandiya 2, I qrupunda isə Andorra və San Marino yığmaları 3 rəsmi oyundan sonra xalsızdır.

Digər qruplardan Kosovo, Litva və Estoniya ilk 2, Cəbəllütariq və Lixtenşteyn ilk 3 oyununu məğlubiyyətlə başa vurub.

6 komanda isə seçmə mərhələdə maksimum nəticə göstərib. İtaliya, Danimarka, İngiltərə və Ermənistan 3, İsveç və İsveçrə isə 2 görüşdə qalib gəlib. //Report.az