Marselo karantini pozduğu üçün cərimələnib

 04:48 02.04.2021     278

İspaniya "Real Madrid"inin futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib.

Redaktor.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən