Boks üzrə növbəti dünya çempionatının yeri açıqlandı

Kişilər arasında boks üzrə 2023-cü il dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.
Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci il dünya çempionatı 10 - 24 apreldə Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. //Report.az