Futbol oyununda kütləvi dava - VİDEO

 13:03 03.04.2021     76

Futbol üzrə Albaniyanın U-19 liqasının "Football Republic" - "Teuta" matçında kütləvi dava düşüb.

Redaktor.az xəbər verir ki, münaqişəyə oyunu izləyən azarkeşlər də qarışıblar.

İnsidentlə bağlı qərarları açıqlayan İntizam Komitəsi meydan sahiblərinə texniki məğlubiyyət verib, klubun hesabından 20 xal silinib. "Football Republic" çempionatdakı qalan matçlarını neytral meydanda və tamaşaçısız keçiriəcək. Həmçinin komandanın 7 futbolçusu 8 oyunluq diskvalifikasiya olunub.

Qonaqlardan isə 2 futbolçu cəza səbəbindən qarşıdakı 6 görüşü buraxmalı olacaq. //Report.az