Adrian Rabio “Barselona” ilə danışıqlar aparır

 16:20 03.04.2021     293

İtaliya “Yuventus” klubunun fransalı futbolçusu Adrian Rabio karyerasını İspaniyada davam etdirə bilər.

Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçinin “Barselona”ya keçidi gündəmə gəlib.

26 yaşlı futbolçunun agenti La Liqa təmsilçisi ilə danışıqlara da başlayıb. “Yuventus” da oyunçusunu satmağa hazırdır. Onun turinlilərlə anlaşması 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Rabio cari mövsümün 35 oyununda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən