Premyer Liqa: Açılış matçında qol olmayıb

 20:32 03.04.2021     299

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Redaktor.az-ın məlumatına görə, turun ilk oyununda "Zirə" "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "qartallar" 3-cü pillədəki yerini qoruyub. "Səbail" isə 19 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq. //Report

Vumart və Güvən reklamı Vumart Güvən