La Liqa klubu baş məşqçisini qovub

 00:15 06.04.2021     85

İspaniyanın "Alaves" klubu baş məşqçisi Abelardo Fernandes ilə yollarını ayırıb.

Redaktor.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Klub ispaniyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Alaves" La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb. Abelardo Fernandes yanvarın 12-də baş məşqçi təyin olunmuşdu. //Report