Lüksemburq millisi yoldaşlıq matçı keçirəcək

 18:46 06.04.2021     443

DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan millisinin rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək.

Redaktor.az xəbər verir ki, Lük Holtsun başçılıq etdiyi kollektiv Şotlandiyanı qəbul edəcək. Qarşılaşma iyunun 6-da oynanılacaq.

Qeyd edək edək ki, Azərbaycan millisinin qrupda növbəti matçı səfərdə Lüksemburq seçməsinə qarşı olacaq. Sentyabrın 1-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu pillədə qərarlaşıb. Lüksemburqlular isə 3 xalla 3-cüdür. //Report

Vumart və Güvən reklamı Vumart Güvən