Futbolçularla bağlı intizam işi açılıb

Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi qondarma "Luqansk Xalq Respublikası" (LXR) və "Donetsk Xalq Respublikası"nın (DXR) komandalarının oyunlarında iştirak edən 26 yerli futbolçu ilə bağlı intizam işi açıb.
Redaktor.az xəbər verir ki, oyunçulardan 9-u "LXR yığması"nın heyətində qondarma "Abxaziya Respublikası" ilə yoldaşlıq matçında forma geyinib. Həmin qarşılaşma 2020-ci il sentyabrın 25-də Gürcüstanın Suxumi şəhərində oynanılıb.
Digər 17 futbolçu isə LXR-in "Vostok-Uqol" klubu ilə dekabrda eyni şəhərdə baş tutmuş "Qardaş Xalqlar Liqası" turnirində iştirak edib.
Adları federasiyanın rəsmi saytında yer alan bütün futbolçular Ukrayna futbolunun imicinə xələl gətirən qarşılaşmalarda iştirakla bağlı aprelin 8-dək yazılı izahat verməlidirlər. //Report