"Mançester Siti" maliyyə itkilərini açıqlayıb

 20:53 06.04.2021     360

İngiltərənin "Mançester Siti" klubu rəsmi saytında 2019/2020 mövsümünün maliyyə hesabatını açıqlayıb.

Redaktor.az xəbər verir ki, "şəhərlilər" koronavirus pandemiyası səbəbindən ötən mövsümü 126 milyon funt sterlinq məbləğində xalis zərərlə başa vurub.

Premyer Liqa təmsilçisinin gəlirləri ötən maliyyə dövrü ilə müqayisədə 11 faiz (478,4 milyon funt sterlinq) azalıb. Hesabata futbolçu satışlarından əldə olunan gəlirlər daxil edilməyib.

Qeyd edək ki, "Mançester Siti" hazırda 74 xalla turnir cədvəlinə başçılıq edir. //Report.az