"Bavariya"nın futbolçusu koronavirusa yoluxub

 02:15 07.04.2021     65

Almaniya "Bavariya"sı Fransanın PSJ komandası ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

Redaktor.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxduğu üçün qarşılaşmanı buraxacaq.

Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - PSJ görüşü aprelin 7-də keçiriləcək. //Report