Avropa Kubokunda iştirak edəcək millimizin tam tərkibi bilinib

 21:43 07.04.2021     71

Kikboksinq millimizin ilin ilk yarışında iştirak edəcək tam heyəti bəlli olub.

Redaktor.az bildirir ki, komandamız Antalyada keçiriləcək VI Beynəlxalq Türk Açıq turniri adlanan Avropa Kubokunda dörd idmançı ilə mübarizə aparacaq.

Bunlar Akif Quluzadə (-54 kq, gənclər) Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq) və Qəşəm Məmmədovdur (-63.5 kq). Bütün idmançılarımız kikboksinqin “low kick” növündə yarışacaq.

Azərbaycandan iki hakim – Aydın Ağabəyov və Anar Məmmədov yarışda ədaləti qorumağa çalışacaq.

Komandanın rəhbəri baş katib Sadıx Bağırov olacaq. Millimiz Avropa Kuboku üçün Türkiyəyə sabah səhər saatlarında yola düşəcək. Yarış 9-11 aprel tarixlərində baş tutacaq. //Oxu.az