Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Redaktor.az xəbər verir ki, "11-liy"ə Fransa PSJ-sindən Kilian Mbappe və Neymar düşüb.
İngiltərənin "Çelsi" klubundan 4 oyunçu rəmzi komandada yer alıb.
Qapıçı: Eduar Mendi ("Çelsi", İngiltərə)
Müdafiəçilər: Sesar Aspilikueta, Ben Çiluell (hər ikisi "Çelsi", İngiltərə), Markinyos (PSJ)
Yarımmüdafiəçilər: Marko Asensio, Vinisius Junior (hər ikisi "Real Madrid), Kevin De Bröyne, Fil Foden ("Mançester Siti", İngiltərə) Meyson Maunt ("Çelsi", İngiltərə)
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ, Fransa) //Report.az