İbrahimoviç məşhur filmə çəkilir

 02:50 09.04.2021     222

"Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç özünü aktyor kimi sınamaq qərarına gəlib. 

Redaktor.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat verib.

39 yaşlı futbolçu "Asteriks və Obeliks: İpək yolu" filmində Roma legioneri "Antivirus" rolunda çəkiləcək.

Ekran işi 2022-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, bu ilin payızında idmançı haqda lentə alınan "Mən Zlatanam" adlı bədii film də izləyicilərin ixtiyarına veriləcək. //Axşam.az