Yay Olimpiya Oyunları ləğv oluna bilər - "Tokio-2020"

 10:58 15.04.2021     90

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının tamamilə ləğv edilməsi gündəmə gəlib.

Redaktor.az-ın məlumatına görə, bunu Yaponiyanın hakim Liberel-Demokratik Partiyasının Baş katibi Tosihiro Nikai açıqlayıb.

O bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyət pisləşərsə, Olimpiya Oyunlarının ləğvi hadisələrin inkişaf variantlarından biri olacaq:

“Əgər yarışların təhlükəsiz keçirilməsi mümkünsüzdürsə, turnir ləğv olunmalıdır. Yarışın təşkili infeksiyanın yayılması ilə nəticələnəcəksə, Olimpiadanın mənası nədir?! Bu mərhələdə biz qərar qəbul etməli olacağıq”.

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınıb. //APA