"Formula 1": Kanada Qran-prisi LƏĞV OLUNDU

 06:41 16.04.2021     217

"Formula 1" üzrə Kanada Qran-prisi koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Radio Kanada" xəbər yayıb.

Bildirilib ki, təşkilatçılar yoluxma riskinin yüksək olacağından ehtiyat etdikləri üçün bu qərarı veriblər. Azarkeşsiz keçirilməsi nəzərdə tutulan yarış 11-13 iyunda olmalı idi.

Qeyd edək ki, Kanada Qran-prisi ötən mövsüm də eyni səbəbdən baş tutmayıb.