"Qarabağ"ın oyunu FIFA referisinə tapşırılıb

 23:52 15.04.2021     231

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun ilk iki oyunu üçün hakimtəyinatları açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, "Səbail" - "Qarabağ" matçı FIFA referisi Əliyar Həsənova, "Sumqayıt" - "Qəbələ" görüşü isə Vüqar Həsənliyə tapşırılıb.

16 aprel (cümə)

18:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“ASCO Arena”.

20:15. “Sumqayıt” –“Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”. //Report