"Çelsi" "Mançester Siti"ni məğlub etdi

 00:07 18.04.2021     253

"Çelsi" futbol klubu İngiltərə Kubokunun yarımfinalında "Mançester Siti"ni 1-0 hesabı ilə məğlub edib.

Redaktor.az-ın məlumatına görə, görüş Londonda "Uembli" stadionunda keçirilib.

Yegən qolu Hakim Ziyeş 35-ci dəqiqədə vurub.

"Lester" və "Sautqempton" sabah eyni stadionda yarımfinalda qarşılaşacaqlar.

Turnirin finalı mayın 15-də "Uembli" stadionunda baş tutacaq. //Trend.az