Şevçenko italyanca kitab buraxır

 06:29 20.04.2021     179

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko tezliklə öz kitabını buraxacaq.

Redaktor.az-ın məlumatına görə, əfsanəvi hücumçunun avtobioqrafiyası italyan dilində nəşr olunacaq.

"Forza gentile. La mia vita, il mio calcio" ("Zərif güc. Mənim həyatım, mənim futbolum") adlanan kitabın üz qabığı artıq İtaliyanın "Baldini + Castoldi" nəşriyyatının rəsmi saytında yer alıb.

Qeyd edək ki, aprelin 29-da satışa çıxarılacağı gözlənilən kitabın təxmini qiyməti 18 avro olacaq. //Report

 

Vumart və Güvən reklamı Vumart Güvən