İtaliyada çempionat dayandırılıb

 08:14 20.04.2021     223

Futbol üzrə İtaliya B Seriyasında mövsüm may ayına qədər dayandırılıb.

Redaktor.az xəbər verir ki, buna çempionatda iştirak edən klublarda koronavirusa yoluxma hallarının çoxalması səbəb olub.

Bu barədə turnirin Mətbuat xidməti məlumat yayıb. Çempionata mayın 1-nə qədər fasilə verilib.

B Seriyasında 34 turdan sonra “Empoli” klubu 66 xalla liderdir. //Qafqazinfo