İdmançının döyüş zamanı ayağı qırıldı - FOTO

 14:41 20.04.2021     119

Həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Məhəmmədrəsul Məcidovun ayağı sınıb.

Redaktor.az xəbər verir ki, bu, Dağıstan əsilli idmançımızın ABŞ-ın Hollivud şəhərində rusiyalı Andrey Fedosovla peşəkar döyüşü zamanı baş verib.

34 yaşlı boksçu birinci raundda nokdauna düşüb. Yerə yıxılan zaman isə sağ ayağı sınıb. İdmançımız ayağa qalxsa da, döyüşü davam etdirə bilməyib. Nəticədə 1 dəqiqə 24-cü saniyədə döyüş başa çatdırılıb və qələbə Andrey Fedosova verilib.

Rinqdən xərəkdə aparılan Məcidov “Instagram” hesabında ayağının rentgen görüntüsünü yayaraq yazıb:

“Əziz dostlarım və fanatlarım, hamınıza mənə verdiyiniz dəstək və məndən ötrü keçirdiyiniz narahatlıqdan dolayı minnətdaram. Zədə səbəbindən döyüşü davam etdirə bilmədim. Ailəmi, promouterimi və menecerlərimi bununla məyus etdim. İdmanda bəzən belə olur. Ancaq mən tezliklə Uca Yaradanın köməyilə daha güclü və daha yaxşı geri qayıdacağam”.

Qeyd edək ki, bunadək Məhəmmədrəsul Məcidov keçirdiyi üç peşəkar döyüşdə qələbə qazanmışdı. //Oxu.az

2