"Tottenhem" 29 yaşlı məşqçiyə həvalə olunub

"Tottenhem"də istefaya göndərilən baş məşqçi Joze Mourinyonu bu mövsümün sonuna kimi əvəzləyəcək şəxs müəyyənləşib.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, komandanı müvəqqəti olaraq ingilis mütəxəssis Rayan Mayson çalışdıracaq. Klubun sabiq futbolçusuna Kris Pauel, Naydjel Qibbs və Ledli Kinq köməklik edəcək. Qapıçılar üzrə məşqçi isə Mixel Vorm olacaq.
Qeyd edək ki, 29 yaşlı R.Mayson 2018-ci ildən London təmsilçisinin akademiyasında məşqçi vəzifəsində işləyir.